“Altes Plaza”-da güclü yanğın - VİDEO

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.

Buta.media-nın məlumatına görə, ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb. 

FHN-nin yaxınlığda yerləşən 29№ yanğın mühafizə bölməsi hadisə yerinə 3 texnika və canlı qüvvəsini göndərib. Ümumi səylər nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməyə imkan verilməyib. 

“Altes Plaza” təhlükəsizlik xidmətinin rəisi verdiyi məlumata görə, yanğın eyvana tullanmış siqaret kötüyündən başlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ