Bakı metrosunda giriş məhdudlaşdırıldı - Video

Bakı metrosunun stansiyalarının birinin girişində sıxlıq yaranıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaşlar bildirir ki, bura “Elmlər Akademiyası” stansiyasıdır. 

Bu, “Bakı metropoliteni” QSC-nin tətbiq etdiyi yeniliklə bağlıdır. Belə ki, hələ ötən gün qurumun mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər xəbər”ə açıqlamasında bildirmişdi ki, sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə, əgər son günlərdəki sıxlıq biraz da davam edərsə, platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ