Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.
Ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Mikayılova Ə. Usubalı qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:
“Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili onları vurub”.
Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb.
15:30
Paytaxtın Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub
Bu barədə Manset.az saytı məlumat yayıb.
Hadisə nəticəsində hər iki tələbə dünyasını dəyişib. Qəza yerinə Yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirirlir.
Faktla bağlı araşdırma aparılır.