Rusiyadan Bakıya təyyarə biletlərinin qiyməti açqılandı

Rusiyada səfərbərlik elan edildikdən sonra ölkə vətəndaşları üçün vizasız ölkələrə aviabiletlərin qiyməti on dəfə artıb.

Bu barədə turizm şirkətlərinin məlumatında deyilir.

Bildirilir ki, yaxın tarixlər üçün Bakıya uçuşun qiyməti 115 min rubla (təxminən 1,92 min ABŞ dolları), İstanbula 100 min rubla qədər (təxminən 1,68 min ABŞ dolları) təşkil edir. 
Təl-Əvivə biletin qiyməti 378 min rubldan (təxminən 6,3 min ABŞ dolları), Dubaya - 373 min rubldan (təxminən 6,2 min ABŞ dolları), Astanaya isə 134 min rubldan (təxminən 2,24 min ABŞ dolları) başlayır.

Ən ucuz biletlər İrəvana - 65 min rubl (təxminən 1,1 min ABŞ dolları) və Daşkəndə - 60 min rubl (təxminən 1 min ABŞ dolları) olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ