Bakıda 90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.
Bu barədə sosial şəbəkələrdə video yayılıb.
Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb.