Kartofdan hazırlanan yeməklər, bir qayda olaraq yüksək kalorilidir, üstəlik daxili orqanların işini həddən artıq yükləyir - bunun qarşısını necə almaq olar?
Həkim-endokrinoloq Zuxra Pavlova kartofun sağlamlıq üçün mümkün qədər faydalı edilməsi barədə danışıb.
“Bişirilmə zamanı kartof bir qayda olaraq, daha kalorili olur: kartof püresinə yağ, süd və ya qaymaq qoyulur. Yağlı, qızardılmış qidaların həddindən artıq mövcud olması qaraciyər və böyrəklərə zərbə vurmaqla yanaşı, ürək xəstəlikləri və şəkərli diabetin inkişaf riskini artırır”, - deyə Pavlova bildirib.
Mütəxəssis qida məhsulu bişdikdən sonra onu soyutmağı məsləhət görüb. Bu halda o istehlak edildikdə qanda şəkərin səviyyəsi tez və kəskin şəkildə yüksəlmir. Belə davamlı nişasta qida lifi kimi həzm olunur - yoğun bağırsaqda fermentasiya olunur və bunun sayəsində faydalı bağırsaq bakteriyaları aktiv şəkildə inkişaf edərək qidalanır və bu fəallığın nəticəsində immunitet gücləndirilir.