Ceyhun Bayramov Cozef Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

Azərbaycanın xarici işlər naziri bu barədə Twitter hesabında yazıb.

Qeyd edək ki, C.Bayramov Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ