Azərbaycanda dəhşətli faciə: İldırım məktəbli qızı vurub öldürdü - foto

Qazaxda ildırım üç azyaşlını vurub, onlardan biri vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bədbəxt hadisə nəticəsində ölən azyaşlı 2011-ci il təvəllüdlü Osmanova Nuray Orxan qızıdır.

O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisə nəticəsində Nurayın 4-cü sinifdə oxuyan bacısı Ayan Osmanova ilə yanaşı, ondan bir sinif yuxarıda oxuyan xalası qızı Əfsanə Məmmədzadə də xəsarət alıb. 

Əfsanə Məmmədzadəyə ambulator müayinə və müalicə tədbirləri görüldükdən sonra evə buraxılıb. Ayan Osmanovanın müalicəsi isə Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hər üç azyaşlı Qazaxın Birinci Şıxlı kənd orta məktəbin şagirdləri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ