Axı o zorlamayıb, yalnız cəhd edib: Bakılı pedofil azadlığa çıxır - VİDEO

Bakıda 8 yaşlı oğlanı zorlamağa cəhd edən pedofil azadlığa çıxır.

Buta.media-nın məlumatına görə, Rauf Əkbərov Xətai rayonu Mehmandarov küçəsində azyaşlı oğlanı zorlamaq cəhdinə görə, 2017-ci ildə 3 il həbs cəzası alıb.

Belə ki, o 2020-ci ildə azadlığa çıxacaq. Pedofilin belə tezliklə azadlığa çıxması vətəndaşları narahat edib. 

Adı çəkilmək istəməyən şəxslər redaksiyamıza bildiriblər ki, bəs R. Əkbərov belə təzəliklə azadlığa çıxması bizim övladlarımız üçün təhlükədir. Axı məhkəmə niyə onu 10 - 15 il həbsə yollamayıb?. Belə çıxır ki, pedofil həbsxana bir iki ilə normal adama dönəcək?

Xatırladaq ki, xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli həmən bu hadisəni üzə çıxarmışdı.

Onun şahidi olduğu hadisə iyulun 21-də 20:00 radələrində Xətai rayonu Mehmandarov küçəsində baş verib. O qeyd edib ki, hadisə günü avtomobilini təmir etdirmək üçün həmin əraziyə yollanıb. Bu zaman usta ona arxa tərəfdən səs gəldiyini deyib.

“Arxa tərəfə keçəndə baxdım ki, bir kişi şalvarını aşağı çəkib. Həmin vaxt sübutum olsun deyə telefonun kamerasını işə saldım. Həmin adam məni görən kimi qaçmağa başladı. Gördüm ki, balaca bir uşaq da ayağa durdu. Məni görən kimi ağlamağa başladı.Qaçan adamı təqib etməyə başladım. Xeyli qaçandan sonra aradan çıxdı. Uşaq da ağlaya-ağlaya arxamca qaçırdı. Adamı tuta bilmədim”.

Tahir Tahirli deyib ki, uşağın anası Bakıda yerləşən restoranların birində qabyuyan işləyir. Uşağı qoymağa yer olmadığı üçün hər gün özüylə işə gətirdiyini bildirib.

Qeyd edək ki, videoda söyüş səslənir.
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ