Millət vəkili oğluna toy edir: Bir nəfərlik masa 300 manat

Millət vəkili Mirzəcan Xəlilov aprelin 19-da Bakıdakı dəbdəbəli "Bağçalı Saray" şadlıq sarayında oğlu Vüqar Xəlilova toy edəcək. 

Buta.media-nın məlumatına görə, Demokrat.az-a xəbər verir ki, Vüqar bəy Əsli adlı xanımla ailə həyatı qurur.

Millət vəkili Mirzəcan Xəlilov baş tutacaq toy mərasimi ilə bağlı yayılan məlumatın doğru olduğunu təsdiqləyib.

"Bəli, inşaAllah bu ayın 19-u oğlumun toy mərasimini edəcəyəm. Bildiyiniz kimi, toy "Bağçalı Saray"da baş tutacaq", - deyə deputat əlavə edib.

"Bağçalı Saray" şadlıq sarayının direktoru Fərid adlı şəxs də aprel ayının 19-da toy mərasimi olacağını bildirib:

"Masanın qiymətlərinə gəldikdə isə, qiymətlər fərqlidir. Bir nəfərlik masanın qiyməti 220 manatdan başlayır, 300 manata qədər dəyişir".

Qeyd edək ki, Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının rəhbəridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ