“Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti də açıqlayıb:
“Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı işıq görüldüyünü bildirib. Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm”.