Bakı-Gəncə sürət qatarında gediş haqqı iki qat azaldıldı

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı iki dəfə endirilib.

Buta.media-nın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Qurumdan bildirilib ki, aprelin 8-dən gediş haqqı 2 dəfə azaldılaraq 50 manatdan 25 manata endiriləcək. 

Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ