Anası Tərtərdən olan qız ABŞ-da məşhur şouda - VİDEO

ABŞ-ın “Fox” telekanalında yayımlanan “Master Chef Junior” yarışmasında ilk dəfə  azərbaycanlı (anası azərbaycanlıdır - red.) uşaq iştirak edib.

Buta.media xəbər verir ki, bu barədə “Amerikanın səsi” kanalı süjet yayımlayıb. 

Videomaterialda doqquz yaşlı Şennenin anası İlahə Süleymanovanın Tərtər rayonundan, atası Ənvər Hüseynin isə Banqladeşdən olduğu bildirilib.

Qeyd edək ki, “Master Chef Junior” ABŞ-ın ən çox izlənən uşaq yarışmalarından biridir. Artıq altı ildir ki, “Fox” telekanalında yayımlanan verilişin əsas münsifi britaniyalı məşhur aşpaz Qordon Ramseydir. Yarışmanın builki sezonuna ilk dəfədir ki, azərbaycanlı iştirakçı qatılıb.

Balaca qızcığaz 1000 uşağın içərisindən seçilərək, yarışa qatılan 24 nəfərdən biri olub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ