İki deputat Vətən müharibəsində könüllü cəbhəyə getmək istəyib

Milli Məclisin iki deputatı 2020-ci ilin sentyabrın 27-də başlanan və 10 noyabra qədər davam edən Vətən müharibəsində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. 

Oxu.Az-ın xəbərinə əsasən, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Tahir Kərimli məlumat verib. 

“Bu gün radikal müxalifət və xaricdəki sapı özümüzdən olan baltalar deputatları da təhqir edirlər. Niyə təhqir edirsiniz? Mən bildiyim qədərilə Vətən müharibəsində iki deputat – Siyavuş Novruzov və Novruz Aslan cəbhəyə könüllü yollanmaq üçün müraciət edib. Amma yaş amili nəzərə alınaraq, onları cəbhəyə yollamayıblar”, - deyə Tahir Kərimli əlavə edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ