Sentyabrın 22-nə olan hava proqnozu açıqlandı

Sentyabrın 22-də  Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 19-22°, gündüz 26-31°, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21°, gündüz 30-35°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ