Qarabağ qaziləri Ukrayna səfirliyi qarşısında aksiya keçiriblər - foto

Qarabağ qaziləri Ukraynanın Bakıdakı səfirliyinin qarşısında Vətən müharibəsinin iştirakçısı, Kiyevdə həbsdə saxlanılan Misir Qasımlının azadlığa buraxılması tələbi ilə aksiya keçirib.

“Report” xəbər verir ki, aksiya zamanı səfirliyin qarşısında 12 metrlik Azərbaycan bayrağı açılıb, müxtəlif şüarlar səsləndirilib.

Bildirilib ki, M.Qasımlının səhhətində problemlər yaranıb. Aksiya iştirakçıları onun tez bir zamanda azad olunmasını tələb ediblər.

Qeyd olunub ki, artıq Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz də Ukrayna səfirlikləri qarşısında etiraz aksiyası keçirmək üçün müraciətlər ediblər.

Aksiyada qazi M.Qasımlının anası Xalidə Qasımlı da iştirak edib. X.Qasımlı aksiya iştirakçılarına təşəkkür edib. O, oğlunun tezliklə azadlığa buraxılmasını istəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ