Bakıda 18 yaşlı qız səkkizinci mərtəbədən yıxılaraq ölüb.
Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Hadisə sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında qeydə alınıb.
Bu ünvanda yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.