İcra hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - foto

Dünən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşının meyitinin iş otağında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Saatlı RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun meyiti saat 11 radələrində iş otağında tapılıb.

Belə ki, şöbə əməkdaşları Ə.Behbudovun işə gəlmədiyini düşünüb və onun otağının arxadan bağlı olması və otaqdan qoxunun gəldiyini hiss edərək şübhələniblər. Bundan sonra Əhədin iş otağının qapısı xüsusi vasitə ilə açılıb və onun meyiti aşkar edilib. Məlum olub ki, Ə.Behbudov sentyabrın 16-dan iş otağında vəfat edib və həmin gündən zənglərə cavab verməyib. Həmçinin hadisədən əvvəl 35 yaşlı məmur qapını arxadan bağlayıb.

İlkin ehtimala görə, Ə.Behbudov qəbul etdiyi dərmandan zəhərlənmə səbəbindən dünyasını dəyişib.

Ə.Behbudov ailəli olub.

19.08.2022

Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.

APA xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.

Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.

Ölümün səbəbi araşdırılır.

Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ