Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü piyadalara çətinlik yaradıb.
Buta.media-ın xəbərinə görə, 99-RR-002 dövlət nömrə nişanlı, “Rolls-Royce Wraith” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini düz piyada keçidinin üzərində saxlayıb.
Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olub.
Qeyd edək ki, Rolls-Royce Wraith avtomobilin ən sadə komplektasiyasının qiyməti 400 000 ABŞ dolları (680 000 manat) təşkil edir.