Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi iştirakçısı Elnur Səmədov dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.

Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib.

Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. 

Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ