Deputat: İnsanları incidirlər, süründürməçilik edirlər

“Prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”. 

Buta.media-nın məlumatına görə, bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov  Prezident İlham Əliyevin  məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.

Deputat bildirib ki, bir müddət əvvəl sosial müavinətlər, bank sistemi ilə bağlı  bir neçə sənəd imzalanıb. İndi isə məhkəmə-hüquq sistemi ilə bağlı Fərman verilib. 

“Bu, inqilabi Fərmandır. Çünki Azərbaycanda ən çox şikayət olunan sahə məhkəmə sistemidir. Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər".

"Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur. Fərmanda məhkəmələrin müstəqilliyini təmin etmək üçün bütün göstərişlər verilib. Məhkəmənin sosial vəziyyətinin yaxşılaşdırılması barədə maddə var.

Bütün bunlar ondan ötrüdür ki, məhkəmələr artıq Azərbaycanda dönməz prosesin getdiyini başa düşsün.  Bu prosesi idarə edən cənab prezidentdir”.

Milli Məclisin deputatı media sahəsində də islahatların aparılmalı olduğunu qeyd edib..

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ