Ərdoğan Zəngilanda aeroportun açılış tarixini elan etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində oktyabrın 20-də Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Zəngilanda hava limanının açılışını edəcəyini bildirib.

“İlham Əliyev bizdən səfərin tarixini dəqiqləşdirməyi xahiş etdi. Zəngilanda hava limanının açılışından sonra Cəbrayıl şəhərinə yollanacağıq və burada təntənəli mərasim keçiriləcək. Müvafiq razılıq əldə olunub. Azərbaycanda keçiriləcək tədbirlərdə digər liderlərin də iştirakını istisna etmirəm. Qərarı Bakı verəcək”, - Türkiyə prezidenti bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ