Elmar Məmmədyarov erməni qadınları belə "bağladı" - VİDEO

Dünən Brüsseldən Moskvaya uçan təyyarədə xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan vətəndaşları ilə söhbəti olub.

Buta.media-nın məlumatına görə, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Videoda erməni qadınlar nazirə Qarabağla bağlı bir neçə sual verib. Onlari biri qeyd edib, baxmayaraq ki, Azərbaycan həmişə sülhdən danışır, əslində isə biz bunun əksini görürük. Nazirin cavabı belə olub:

"Cavab çox sadədir. Axı Ermənistan bizim torpaqlarımızı işğal edib. Baxın,  Ermənistan vətəndaşı Azərbaycan torpaqlarında niyə hərbi xidmət edir?" 

Erməni qadın bildirib ki, "xeyir, o torpaqlar ermənilərindi". Nazir ona sual verib ki, "kimi bunu sizə uydurub?"

"Siz hansı hissəni erməni ərazi hesab edirsiniz? İşğal edilən ərazilərin hamısını? Qarabağ tarixi Azərbaycan torpağıdır". - nazir vurğulayıb.

Sonda, nazir qadınlara həyacanlamamağı məsləhət görüb.

Təəssüf ki, stüardessa söhbətin davamına imkan verməyib.

Qeyd edək ki, E. Məmmədyarov aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak edib. O, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ