Azərbaycanda polis piyadanı vurub öldürdü

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Buta.media ONA-ya istinadən məlumat verir ki, ötən gün axşam saat 21:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində rayonun Ləkçılpaq kənd sakini, Göyçay Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı Abdulov Emil Bəylər oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub.

Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ