Bazar gününə olan hava proqnozu açıqlanıb

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti. Bakıda gecə 21-23° isti, gündüz  27-29° isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunu olacaq.  Nisbi rütubət  60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ