Bakıda həbsxanada kütləvi dava: Yaralanlar var

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

Buta.media-nın məlumatına görə, "Report" xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ