Elçin Sadıqov aclıq aksiyasına başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb. 

Qafqazinfo xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkillərı çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.

Məhkəmənin qarşısında vəkil İradə Cavadova Elçin Sadıqovun aclıq aksiyasına başladığını elan edib.

Növbəti proses sentyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Elçin Sadıqov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ