Bu gün şəhid xəbəri gələn Turan Məhərrəmov toyuna hazırlaşırdı.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Nikahı olan şəhidimizin gələn ay toyu olmalı idi.
Qeyd edək ki, T. Məhərrəmov 2001-ci ildə Zaqatalanın Qımır kəndində doğulub. O, Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib. Düşmən təxribatı nəticəsində şəhid olan hərbçimizin bu gün doğulduğu Qımır kəndində torpağa tapşırılacağı bildirilir.