Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən “Güzəştli mənzillər”in satışı ilə bağlı sistemdə probemlər yaranıb.
Saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.
Hazırda yaranmışın çətinliklərin aradan qaldırılması üzrə iş aparılır.
MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, satışa başlamasına bir müddət qalmış istifadəçi sayının çoxluğuna görə ASAN login sistemində problem yaranıb:
“Hazırda problemin aradan qaldırılması üzərində iş gedir. Mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək”.