Azərbaycanda “TikTok” bağlanır?

Azərbaycanda teleqram mesenceri və “TikTok” sosial şəbəkəsinə girişdə problemlər yaranıb. İddia olunur ki, ölkədə bu şəbəkələrin girişinə məhdudiyyət qoyulub. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən sözügedən şəbəkələrin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq olunmayıb. 

Qeyd edək ki, bir neçə gündür ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər Azərbaycanda “TikTok” sosial şəbəkəsinin bağlanması üçün aidiyyəti qurumlara çağırış edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ