Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin sentyabrın 16-da ŞƏT sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.
Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya lideri sammit çərçivəsində həmkarları ilə bir sıra görüşlər keçirəcək.
“Biz Hindistanın baş naziri Narendra Modi ilə danışıqlar aparacağıq. Sonra Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş olacaq”, - deyə Uşakov əlavə edib.