Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olundu - FOTO

Tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə xidmətləri üzrə direktor müavini - baş həkimi vəzifəsinə təyin edilib.

Hikmət Nağıyev 1986-1989-cu illərdə Kardiologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayıb.

O, 1989-cu ildən 1994-cü ilədək Moskva Vişnevski adına Cərrahiyyə İnstitutunda ürək-damar cərrahı, 1994-2001-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun Damar cərrahiyyəsi kafedrasında assistent, 2001-ci ildən bu günədək isə Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı işləyib.

Tibb üzrə fəlsəfə doktoru olan Hikmət Nağıyev son 6 ildə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ