Özəl klinikalarda analizlərin qiymətin rekord fərqi

Bakı şəhərində fəaliyyət göstərən bir çox klinikalarda müxtəlif xəstəliklərlə bağlı analizlərin qiymətləri arasında az qala uçurum var. Analizlər qiymətləri bir-birindən kəskin şəkildə fərqlənir.
 
Eyni analizə bir klinika, misalçün, 1 manat istəyirsə, başqa bir klinika həmin analizə görə 5 manat tələb edir. Bəs, bunun səbəbi nədir? Analiz qiymətlərinin daha yüksək olduğu klinikalarla qiymətlərin aşağı qiymətə olduğu klinikaların verdiyi nəticələr arasında da fərq varmı? Bəlkə qiymətlərin nisbətən daha ucuz olduğu xəstəxanalar xəstələrə yanlış diaqnozlar qoyur?

Misalçün, oxucularımızdan biri hepatit xəstələri üçün təyin edilən polimeraz zəncir reaksiyası analizi (PZR) üçün "Baku Clinik”də 240 manat,  "Sağlam Ailə” klinikasında 128 manat, "Medicus” klinikasında isə 78 manat istədiklərini bildirib. 

Buta.media-nın məlumatına görə, Medicina.az klinikaların həyata keçirdiyi sözügedən analizin bir-birindən nə ilə fərqləndiyini və bu analizlərin qiymət fərqinin nəyə əsaslandığını aydınlaşdırmağa çalışıb. 

Hepatoloq Könül Mahmudova deyib ki, hər klinikada həyata keçirilən analiz bir-birindən texnologiyasına görə fərqlənir:
 
"Bəzi klinikalarda PZR analizinin qiymətinin baha olmasının səbəbi isə tam olaraq avtomatlaşdırılması və son model qurğulardan istifadə etmələridir. Nisbətən ucuz qiymətə təklif edilən klinikalarda bu proses yarı əllə, yarı avtomat olmaqla həyata keçilir. Təbii ki, kinikalar bu qurğuları xaricdən baha qiymətə gətirdiyi və daha bahalı reaktivlərdən istifadə etdikləri üçün  təklif etdikləri analiz qiymətləri də baha başa gəlir”.

Tanınmış həkim Vaqif Qarayev isə bildirib ki, PZR analizi Azərbaycanda bütün klinikalarda eyni texnologiya ilə həyata keçirilir: "Burada qiymətlərin fərqli olması təəccüblüdür. Çünki bu analiz zamanı eyni avadanlıqlardan və maddələrdən istifadə edilir”. 

Bununla belə, həkim deyib ki, hər klinikanın özünün daxili qaydaları və tətbiq etdiyi qiymət cədvəli var: "Burda qiymətlərin bu qədər kəskin şəkildə fərqli olması isə klinikaların tətbiq etdiyi daxili qaydalara əsaslanır”.

Qeyd edək ki, PZR analizi hepatit də daxil olmaqla, bir çox virus xəstəlikləri zamanı müalicə müddətində xəstəyə vaxtaşırı olaraq  təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun təyin edilir.


---------------------------


Paşinyanın arvadı Vaşinqtondan azərbaycanlı qadınlara sülh çağırışı etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı, “Mənim addımın” və “Təbəssmlər şəhəri” xeyriyyə fondlarının hamilər şurasının direktoru Anna Akopyan Vaşinqtona səfər zamanı ABŞ Konqresində “Qadınlar sülh naminə” kampaniyasını təqdim edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Akopyan azərbaycanlı anaları və qadınları da bu kampaniyaya qoşulmağa çağırıb.

“Qadınlar sülh naminə” kampaniyasını Anna Akopyan ötən il, ərinin hakimiyyətə gəlişindən sonra başladıb və ilk dəfə Moskvada təqdim edib. Daha sonra o, bir qrup rusiyalı qadını-ictimai xadimləri kampaniya çərçivəsində özü ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gətirib.

“Mən “Qadınlar sülh naminə” kampaniyasını irəli sürmüşəm-məqsəd Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərindən olan qadınların müharibəni rədd etməsi və bütün münaqişə tərəflərində insanların həyatlarını qoruyub saxlamaq üçün səyləri gücləndirməsidir. Bizim yekun hədəfimiz Dağlıq Qarabağda və dünyanın digər qaynaq nöqtələrində sülhə nail olmaq üçün ümumdünya qadınlar şəbəkəsi yaratmaqdır”-Anna Akopyan Konqresdə çıxışı zamanı deyib.

O, Azərbaycan qadınlarını da bu təşəbbüsə qoşulmağa çağırıb. “Biz Azərbaycan qadınlarını və analarını da bu kampaniyaya qoşulmağa, olkələrində qərar qəbul edən şəxslərə də belə sülh çağırışı ilə müraciət etməyə çağırıram”-o deyib.

“Öz uşaqlarını itirməyin əbədi ağrısını yaşayan qadınlar və analar da olmasa kim bunu edəcək? Analardan və qadınlardan başqa kim öz səsini sülh naminə qaldıracaq? Onlarddan başqa kim qərarların qəbul edilməsinə təsir edə bilər?”-Akopyan əlavə edib.

Qeyd edək ki, Azərbaycandan Akopyanın təşəbbüsünə dəstək verən tapılmayıb. Əvəzində haqlı olaraq deyilib ki, əgər Anna Akopyan doğrudan da sülh istəyirsə öz oğlunu Azərbaycanın işğal altındakı ərazilərinə hərbi xidmətə göndərməli deyildi və birinci növbədə Qarabağ məsələsinə dair davakar, populist və sülh səylərinə zərbə vuran açıqlamalar verən, "bir qarış da olsun torpaq qaytarmamaq" barədə danışan ərinə təsir göstərməliydi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ