Bakı sakini Elnur Rüstəmov hazırda Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.
TƏBİB-dən verilən məlumata görə, hazırda onun vəziyyəti kritik ağırdır.
Bildirilir ki, E.Rüstəmov Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırıb.
Elnur Rüstəmov müharibə iştirakçısıdır.