Rasim Məmmədov Əvəz Zeynallının işində ifadə verib: O, jurnalist deyil, cinayətkardır

Məhkəmənin növbəti hazırlıq iclasında “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədov “Xural” TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallının işinə münasibət bildirib.

“Özünü jurnalist adlandıran, əslində isə cinayətkar Əvəz Zeynallı məni, övladlarımı, ailə üzvlərimi uzun illər terror edib. O, məni və ailə üzvlərimi müxtəlif yollarla şantaj edib, pul tələb edib. Bununla bağlı rəsmi şəkildə şikayət edirəm”, - deyə Rasim Məmmədov qeyd edib.

Bu sözlərdən dərhal sonra dövlət ittihamçısı çıxış edib və o, Rasim Məmmədovun ifadəsinin bu hissəsinin Baş Prokurorluğa göndərilməsi barədə vəsatət verib. Dövlət ittihamçısı qeyd edib ki, Rasim Məmmədov Əvəz Zeynallının işi üzrə yaranmış yeni hallarla bağlı dindirilməlidir.

Rasim Məmmədov hakimə və tamaşaçılara da müraciət edib: “Əvəz Zeynallı çürümüş almadır, çürük ağacdan düşüb”.

Xatırladaq ki, bir neçə gün əvvəl haqqin.az “Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovu tənqid etməmək öhdəliyinə görə 20 min manat alan jurnalist Əvəz Zeynallının müraciətinin audio yazısını dərc etmişdi. Bir neçə saat sonra jurnalist Rasim Məmmədovun ünvanına söyüş söyərək qanunsuz sövdələşməni pozub. Məmmədovun ailəsi ödənilən məbləğin qaytarılmasını tələb edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ