Eldəniz Əzizli ikiqat dünya çempionu olub

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Eldəniz Əzizli final görüşünə çıxıb.

55 kq çəki dərəcəsində rəqib gürcüstanlı Nuqzari Tsurtsumiya olub. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən 30 yaşlı pəhləvan özündən 5 yaş kiçik rəqibini vaxtında əvvəl təmiz qələbə ilə üstələyib - 8:0.

Beləliklə, Əzizli karyerasında ikinci dəfə dünya çempionu olub. O, ilk dünya "qızıl"ını 2018-ci ildə əldə etmişdi. Azərbaycan pəhləvanı bu il və 4 il əvvəl həm də Avropa çempionu olub.

Qeyd edək ki, Eldəniz Əzizli aprelin 2-də Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatının finalında da Nuqzari Tsurtsumiyanı üstələmişdi - 8:2.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ