Yasamalda ağacların dibi betonlandı

Yasamalda kafenin həyətindəki ağacların dibi betonlanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 19 ünvanında fəaliyyət göstərən “Yasamal küləyi” adlanan kafenin həyətində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

“Ağacların dibinin betondan təmizlənməsi məqsədilə kafenin icarədarı Abuzər Həsənova məcburi göstəriş verilib. Ağacların dibi təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ