Bakının tanınmış restoranında silahlı insident

Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. 

Buta.media-nın məlumatına görə, nəticədə, iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev  isə kəllə-beyin travması alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ