Sentyabrın 9-na olan hava proqnozu açıqlandı

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ