Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsini tənqid edib.
Buta.media-nın məlumatına görə, Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında sabiq kənd təsərrüfatı nazirinə məsləhətlərini də verib:
"Bu dəfə başını salıb işi ilə məşğul olsun. Nə lazım olsa, bir mütəxəssis kimi məndən məsləhət ala bilər.Çünki o bu sahəyə nabələd adamdır".
Partiya sədri qeyd edib ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olanda da öz ixtisiası üzrə çalışmayıb:
"Ona görə də kartofla soğanı ayıra bilmirdi, nəticədə nazir vəzifəsini itirdi. İndi də gəmi ilə paravozu ayıra bilmir. Axı o necə Dövlət Dəniz Akademiyasına rektorluq edəcək? Eybi yox, mən ona bir mütəxəssis kimi hər zaman məsləhət verməyə hazıram".
- Heydər Əsədov 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
- Bu gün Prezident İlham Əliyev Heydər Əsədovu Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edib.