Milyonlarla körpəyə əzab verən xəstəlik Azərbaycanda bəlalar törədir

Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən bir hissəsi də ürəklə bağlıdır. Statistikaya görə, təkcə 2015-ci ildə dünyada 48.9 milyon körpə ürək qüsuru ilə dünyaya gəlib. Azərbaycanda da ürək xəstəliklərinin geniş yayıldığını söyləmək mümkündür. Son illər ürək qüsuru ilə doğulan uşaqların sayında da artım gözə çarpır. 

Buta.media-nın məlumatına görə, Respublika Uşaq Xəstəxanasının "Kardiologiya" şöbəsinin müdiri Xalidə Abdinova da Spuntik Azərbaycan-a müsahibəsində belə deyir.

Onun sözlərinə görə, son illərdə ürək qüsurlarının sayı artıb:

"Bəlkə də xəstəliyin daha yaxşı aşkarlanması rəqəmləri bu qədər gözəçarpan edib. Onu qeyd edim ki, ürək qüsurlarının əsas səbəblərindən biri bətndaxili infeksiyalar, qohum nikahları və irsi xəstəliklərdir. Ürək qüsurlarının sonradan aşkarlanması yalnız revmatizm mənşəli zədələnmələr zamanı olur. Lakin öncəki illərlə müqayisədə valideynlərin zamanında müraciət etməsi ilə revmatizmdən yarana biləcək bu cür qüsurların da sayında azalma qeydə alınıb".

"Kavasaki xəstəliyi virus mənşəli və uzunmüddətli xəstəlikdir. Bu zaman xəstədə yüksək hərarət müşahidə olunur. EXO müayinə aparıldıqdan sonra belə xəstələrdə ürək damarlarında genişlənmə aşkarlanır. Bu zaman virus ürəyin özünü yox, damarlarını zədələyir. Belə olan halda erkən yaşlarda da infarkt keçirmə ehtimalı yaranır".

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ