Azərbaycanda daha bir ana doğuşdan sonra öldü

Şəmkirdə ana ölümü baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, rayonun Qarazəminli kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimova Nuridə Nəsib qızı övlad dünyaya gətirdikdən sonra dünyasını dəyişib.

Məlumata görə, bu, qadının üçüncü doğuşu olub. Onun hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.

Mərhumun meyiti Samux rayon Qarayeri kəndinə gətirilib. 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ