Böyük Britaniya yeni hökumətini elan edib

Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

Bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Terese Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, - xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Eyni zamanda Böyük Britaniyanın keçmiş biznes naziri Kvazi Kvartenq Maliyyə Nazirliyinin rəhbəri təyin olunub.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ