Narkotacir Aynur ələ keçdi - FOTO

Astara rayonunda 1 kiloqram 650 qram narkotik vasitə olan heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Buta.media-nın məlumatına görə, Pensər kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Aynur Şükürovun narkotik vasitəni Astara rayon sakini Kamran Novruzovdan əldə etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində kirayədə yaşadığı evdə saxlanılıb. 

Şəxsi axtarış zamanı üzərindən və həmin evdən iki bükümdə, ümumilikdə 420 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Kamran Novruzovun yaşadığı Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

FOTO: Oxu.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ