Biləsuvarda məktəbli qohumunun qanını tökdü

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli şübhəli şəxs qismində tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ