Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə bu gün saat 15:20 radələrində rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişinlərdən 8 nəfəri hadisə yerində ölüb, sürücü və digər 7 sərnişin isə xəsarət alıblar. İlkin məlumata görə, ölənlərin hamısı qadındır. Onların Lerikdə “Baba ocağı” adlı ziyarətgahdan gəldiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
16:47
Lerik rayonunun Günəşli kəndində yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Bu barədə Report məlumat yayıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.