Bakıda loqopedik mərkəzdə işgəncə verilən uşağın anası danışdı - video

Bakıda “Mehnur” loqopedik reabilitasiya mərkəzində işgəncə verilən uşağın anası danışıb.

Azyaşlının anası “İctimai TV”yə açıqlamasında bildirib ki, 4 yaşlı oğlu dəhlizdə döyülüb.

Onun sözlərinə görə, mərkəzdə kameralar 10 gün müddətində işləməyib və eşitmə əngəlli oğlu həmin müddət ərzində döyülüb.

Qeyd edək ki, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ