Siyavuş Novruzov: Əfv olunsa, ölənə qədər prezidentə xidmət edəcəyini yazmışdı

Elə adamlar var ki, bu gün Avropadadır. Onların bizdə ərizələri var.  Biz indi o ərizələri açıb göstərmirik, çünki düzgün çıxmaz. Əfv müraciətlərində yazıb ki, əgər əfv olunsa, ölənə qədər prezidentə sədaqətlə xidmət edəcək. Bizdə ərizəsi var. 

Buta.media-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qafqazinfoya deyib.

Onun sözlərinə görə, n Azərbaycanda heç bir siyasi məhbus yoxdur:

"Bu yaxınlarda aprelin 6-da mitinq keçirmək istəyirdilər. Bundan qabaq Əli Kərimli çıxış edərək “Diqlas” da  zərərçəkən sahibkarları mitinqə dəvət etdi. Deyir ki, gəlin iştirak edin, sizin haqqınız müdafiə olunacaq. Bu insanların problemlərindən sui-istifadə etmək cəhdidir. Ona görə də bunlar məsələ qaldırır ki, 19 yanvarda keçirilən mitinqdə etdikləri çıxışlara görə hökumət sosial layihələrlə bağlı qərar verdi. Əslində isə buna hazırlıq 1 il qabaqdan gedirdi. Mitinqlə heç nəyi həll etmək mümkün deyil.  

Bunlar 1989 və 1990-cı illərin düşüncəsində qalıblar. O cümlədən Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Ölkədə bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. 

İndan qabaqkıları da var, sondakılar da. Bir çoxunda var. Amma həbsdən çıxanda hərəsi bir cür bəyanat verir. Qohumları, valideynləri cənab prezidentə onlarla müraciət ediblər ki, məhkumun səhhəti ağırlaşıb, onu əfv etsin. Yaxud tabeliyində uşaq var. Əfv Komissiyasına 1000-dən artıq müraciət daxil olmuşdu. Komissiyada bunların hər birinə baxılır.

Çünki rəsmi şəkildə müraciət daxil olmadığı halda ona baxıla bilməz. Bundan əlavə, qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən şəxslərdən də cənab prezidentə xahişlər daxil olub. Cənab prezident də bütün bunları nəzərə alaraq konstitusion hüququndan istifadə edərək bunları əfv edib. İndi çıxıb kimsə nəsə danışırsa, bu, artıq cəmiyyəti aldatmaqdır". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ