Reabilitasiya mərkəzində uşaqlara işgəncənin yeni görüntüləri yayıldı - video

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı yeni görüntülər üzə çıxıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda mərkəzin üç əməkdaşının azyaşlıya qarşı zorakılıq etməsi müşahidə olunur.

Səhiyyə Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı artıq araşdırmalara başlanılıb.

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq”, - deyə qurumdan bildirilib.

Faktlaə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev qeyd edib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ