Tofiq Zülfüqarov: Müharibə hər dəqiqə başlaya bilər

Azərbaycan ictimaiyyəti çox yaşı başa düşür ki, bu danışıqlar vasitəsilə bu torpaqları azad etmək mümkün deyil.

Buta.media-nın məlumatına görə, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Ermənilər heç bir torpaqları azad eləmək istəmirlər:

"Biz müxtəlif sahələrdə olduğu kimi, biz Ermənistanla rəqabət aparırıq. Yəni diplomatik sahələrdə də onlarla müharibə davam olunur. Təbii, insanlar tam doğru olaraq deyirlər ki, bəs niyə görə vəziyyət dəyişmir ? Vəziyyətin dəyişməməsinin səbəbi Ermənistanın mövqeyidir. Mövqe ondan ibarətdir ki, onlar heç bir torpaqları azad eləmək istəmirlər. Nəinki Dağlıq Qarabağı, onun ətrafında olan və orada heç vaxt ermənilərin yaşamadığı yerləri də azad eləmək niyyətində deyillər. Bunu açıq bəyan ediblər. Bu şəraitdə danışıqların olması və fayda gətirməsi mümkün deyil.

Hər tərəf bu tutarlı addımları öz maraqlarına uyğun kimi görür və fikirləşir. Problem ondan ibarətdir ki, bu tutarlı addımlar təbii ki, Azərbaycan tərəfindən vacib mövzuların müzakirə eləyib qısa bir müddətdə həll olunmasıdır. Və həmsədrlər bu görüşdən əvvəl olan bəyanatları ilə bu məsələləri sadalayıb. Amma ermənilərin bu bəyanata münasibəti bəllidir və hesab eləyirəm ki, bu danışlıqlarda onların münasibəti, məsəl üçün, torpaqların azad olunması, - onlar öz mövqelərini gəlib deyiblər. 

Təbii, bu Azərbaycanı qane eləmir, amma təzyiq altında həmsədrlər, görürsünüz bəyanat verirlər, bu görüşü təşkil ediblər. Sonra BMT-nin baş katibi də deyir ki, salamlayır bu görüşü və s. Beynəlxalq təşkilatın da mövqeyi ondan ibarətdir ki, yaxşı, sülh yoxdur sizdə, torpaqlar azad olunmayıbsa, heç olmasa müharibə olmasın. Bax, mövqe bundan ibarətdir. Bu görüş bu və ya digər şəkildə təsdiq eləyib. Amma biz yaxşı başa düşməliyik ki, olan problemlər həll olunmayıbsa müharibənin reallığı açıqdır və hər dəqiqə başlaya bilər".

T. Zülfüqarov bildirib ki, Azərbaycanın burada marağı ondan ibarətdir ki, orada əsirlikdə olan insanlarımızı heş olmasa azad edək:

"Təbii, həmsədrlər göstərmək istəyirlər ki, hansısa real addımları atırlar və humanitar sahələrdə hansısa məsələləri həll etmək niyyətindədirlər.  Yəni, belə deyək, danışıqların ayrı müsbət yekunları olmaya-olmaya, heç olmasa buna nail olaq. Ona görə, biz, bu məsələləri dəstəkləyirik. 

O ki qalır, atəşkəs rejiminin güclənməsinə, Ermənistan tərəfi dəfələrlə bu məsələni qaldırır və həmsədrlər onları dəstəkləyir. Azərbaycan bu məsələdə bir o qədər maraqlı deyil. Hər halda, belə deyək, biz görürük ki, ehtimal var ki, ermənilər bu, və ya digər şəkildə daxili mübarizə nəticəsində, yəni Paşinyan qruplaşması və Qarabağ qruplaşması arasında, onlar hansısa təxribatı ortaya ata bilərlər. Bu təxribatı qabaqlamaq üçün, biz, bu, bəzi məqamlara razılıq veririk. Hesab edirəm ki, bu düzgün siyasətdir. Nə mənada? 

Əgər, biz, hansısa addımları atsaq, gərək o addımları o vaxt ataq ki, bizim maraqlarımıza uyğundur, ermənilərin maraqlarına yox. Baxın, görün, görüşün nəticələrindən biri də ondan ibarətdir ki, həmin günü Ermənistanın müdafiə naziri ABŞ-da diaspora qarşısında çıxış edərkən bəyan edib ki, biz artıq təzə ərazilərin işğalına hazırıq. Yəni, bunun leksikasına baxın? Və bunun bəyanatını Paşinyan da təsdiqləyib.

Əgər desək ki, bu danışıqların nəticəsi ondan ibarətdir ki, yeganə nəticə ondan ibarətdir ki, heç bir nəticə əldə olunmayıb. Çünki heç bir məsələnin həll olunmasına Ermənistan razılıq vermir və hesab edirəm ki, indiki administrasiya da razılıq verə də bilməz.

Format məsələsi ikinci dərəcəli məsələdir. Nikol Paşinyan öz bəyanatında bəyan edib ki, biz torpaqları sülhə dəyişən deyilik. Əgər onlar torpaqlarımızı azad etmək niyyətində deyillərsə onda format məsələləri ikinci dərəcəlidir. Amma təbii vacibdir, yəni taktiki baxımdan biz öz mövqelərimizi müdafiə elədik və bu yaxşı bir nəticələrdən biridir. Amma format məsələsi ikinci bir məsələdir. Nikol Paşinyan orada bəyan eləməli idi ki, biz işğal olunmuş torpaqları azad eləməliyik. Bu, Minsk Qrupunun əsas vəzifələrindən biridir.

Minsk Qrupu yaranan gündən bu məsələni təmin eləməlidir. Onların mandatı bundan ibarətdir və Nikol Paşinyan bu mandatı öz bəyanatı ilə ləğv eləyib. Məhz ona görə, bu görüş təşkil olunub və danışıqların imitasiyasıdır. Danışıqları təzələmək üçün həmsdərlər bu qədər səylər ediblər. Bu görüşü təşkil ediblər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ